Xəbər lenti

Dünya 11:21 18.09.2019

Ərdoğanın verdiyi iki həftə vaxt bitir: Trampla xüsusi görüş gözlənilir

BMT Baş Assambleyasına üzv ölkələrin liderləri 21-24 sentyabr tarixlərində Nyu York şəhərində bir araya gələcək.

Qaynarinfo xəbər verir ki, bir çox məsələnin müzakirə ediləcəyi görüşlərdə Suriyadakı müharibə də masaya yatırılacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya problemi ilə əlaqədar ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşü xüsusilə diqqətdədir. Ötən günlərdə Türkiyə rəhbəri ABŞ-a PKK terror təşkilatının Suriya qolu olan YPG-yə hərbi yardım göstərilməsi, həmçinin Fəratın şərqində təhlükəsiz bölgənin yaradılması barədə xəbərdarlıq ünvanlamışdı. Ərdoğan açıqlamasında 2 həftə ərzində danışıqlarda nəticə əldə edilməsə, bölgədə yeni hərbi əməliyyatın qaçılmaz olduğunu bəyan etmişdi.

Ərdoğan-Tramp görüşündə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemini alması məsələləri də müzakirə ediləcək.

R.T. Ərdoğan 24 sentyarbda BMT Baş Assambleyasında dünya liderlərinə səslənərək Suriya məsələsi, terrorla mübarizə, miqrantların ölkəsinə geri qayıtması və təhlükəsiz bölgənin yaradılması barədə mesajlar verəcək. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->