Xəbər lenti

Dünya 09:50 16.04.2018

Çernoqoriyada bu şəxs prezident oldu

Çernoqoriyada keçirilən prezident seçkilərinin nəticəsi müəyyənləşib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Demokratik Sosialist Partiyasının nümayəndəsi Milo Dyukanoviç səslərin 54,2%-ni qazanaraq ölkə rəhbəri seçilib. 56 yaşlı Dyukanoviç daha əvvəl 6 dəfə baş nazir, 1 dəfə isə prezident vəzifəsini icra edib. O, 1997-2003-cü illərdə Çernoqoriya rəhbəri seçilib. 

Qeyd edək ki, seçkidə 7 namizəd mübarizə aparırdı. 2-ci yeri 33,3% səslə Pozitiv Çernoqoriya Partiyasından Mladen Boyaniç qazanıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->