Xəbər lenti

Siyasət 22:52 16.11.2013

Etibar Məmmədovun dostu həbs olundu - YENİLƏNİB

Vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də nüfuzlu şəxslərdən sayılan iş adamı Vaqif Musayev həbs olunub. 

Bu barədə Gunxeber.com-a özəl mənbələrdən məlumat daxil olub. V.Musayevin Bakıda həbs edildiyi məlum olsa da, onun hansı səbəbdən tutulduğu bəlli deyil. 

Son zamanlar səhhətinin ağır olduğu deyilən V.Musayevin həbsə qədərki fəaliyyətilə bağlı da elə bir məlumat yoxdu. Zamanında isə o imkanlı iş adamı kimi tanınırdı. Hətta bir müddət AMİP-in əsas “pul kisəsi” sayılırdı.

Məhz buna görə, 2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-də Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proposional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yeri tutmuşdu. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olundu və bundan bir müddət sonra daha V.Musayev siyasətdə görünmədi.

 “Qafqazinfo”nu əldə etdiyi məlumta görə, Vaqif Musayev 5 gündür ki, saxlanılmasına baxmayaraq onun barəsində hələlik həbs-qətimkan sanksiyası verilməyib. Buna görə də, ehtimal olunur ki, o inzibati qaydada cəzalandırılıb. Vaqif Musayevin dostlarından biri redaksiyamıza bildirib ki, artıq 10 il imiş ki, ağır xəstəlikdən əziyyət çəkən V.Musayev ev şəraitində yaşayırmış. Heç bir açıq ictimai siyasi fəaliyyətlə məşğul olmurmuş.

Qaynar.info 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?