Xəbər lenti

Dünya 12:10 18.02.2018

İranda təyyarə qəzası: 66 nəfər həlak oldu (YENİLƏNİB)

Son məlumata əsasən, təyyarədəki 60 sərnişin və 6 ekipaj üzvü həlak olub. 

*** 
"Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi 08:00-da Tehrandan havalanıb və 50 dəqiqə sonra qəzaya uğrayıb. Bəzi mənbələr təyyarənin tarlaya eniş etməyə çalışdığını və sağ qalanların ola biləcəyini deyir. Əraziyə xilasedicilər göndərilib, lakin sıx duman səbəbilə hələlik xilasetmə tədbirlərini təşkil etmək mümkün deyil. 

***
Tasnim xəbər agentliyi İranda içində 60 nəfərin olduğu sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, İsfahan əyalətinin Semiron şəhərində baş verən hadisədə təyyarə radardan itib. Semiron Yasuc şəhərinin 80 km məsafəsində yerləşir. 

İranın "Press Tv" kanalı isə təyyarədə 66 nəfərin olduğunu bildirir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->