Xəbər lenti

Foto 12:15 07.08.2018

Kaliforniyada tarixinin ən güclü yanğını davam edir

ABŞ-ın Kaliforniya ştatında 16 gün əvvəl başlayan meşə yanğınları hələ də davam edir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə ev və iş yerinin zərər gördüyü yanğınlar 7 nəfərin həyatına son qoyub, 154 min hektar sahəni yararsız hala salıb. Bu günə qədər ştatda müşahidə edilən ən böyük yanğınla mübarizə aparan Kaliforniyada yanğınları söndürmək üçün 14 min yanğınsöndürən cəlb edilib. Temperaturun 43 dərəcəyə çatması yanğının söndürülməsini daha da çətinləşdirir.

ABŞ prezidenti Donald Tramp yanğınların söndürülməməsinə görə ərazi rəsmilərini və yanğınsöndürənləri ittiham edib. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->