Yığmamızın qapıçısı Kamran Ağayev formasını geydiyi "Mlada"dan ayrılıb.
Sport7.az xəbər verir ki, çex klubunun rəsmi saytı Kamranla müqavilənin artırılmadığını açıqlayıb. Buna səbəb kimi qapıçının ona göstərilən etimadı doğrultmadığı göstərilib.
Yay transfer mövsümündə "Boavişta"dan ayrılıb Boleslav klubuna keçən qolkiper bu komandada cəmi 5 matça çıxıb.
Şərhlər