Xəbər lenti

Foto 09:56 19.05.2019

Madonna və İslandiyadan İsraildə Fələstinə dəstək (FOTOLAR)

Amerikalı ulduz Madonna və İslandiyanın "Hatari" qrupu ötən gecə İsrailin paytaxtı Tel-Əvivdə Fələstinə dəstək nümayiş etdiriblər.

Qaynarinfo xəbər verir ki, "Eurovision" mahnı müsabiqəsi çərçivəsində səhnəyə çıxan musiqiçilər Fələstin və İsrail arasındakı problemə diqqət çəkiblər. Madonnanın ifası zamanı kürəyində İsrail və Fələstin bayrağı əks olunan şəxslər qucaqlaşıb. Finalın iştirakçısı olan İslandiya təmsilçiləri isə nəticələr elan olunan zaman üzərində "Palestine" (Fələstin) yazılı şarf qaldırıblar.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->