Xəbər lenti

Ölkə 11:41 23.10.2017

Məhkumlar necə qaçıb, cəzaları nə olacaq? (ŞƏRH)

Bildiyiniz kimi bu gün Bakıdan Şirvana qatarla aparılan məhbuslardan ikisi qaçıb.
 
"Qaynarinfo" qaçan məhbusların tutulacaqları təqdirdə işinin hansı istiqamətdə aparılacağını öyrənmək məqsədilə hüquqşünas Həsən Həsənovla əlaqə saxlayıb:
 
 
"Qaçan cinayətkarların hər ikisi ağır ittihamlarla günahlandırılırlar. Buna görə hələ bu qaçışın hansı şəraitdə, kimlər tərəfindən həyata keçirilməsi də sual altındadır. Belə ki, onların hər hansı dəstə tərəfindən qrup şəkilində qaçırılması və ya qaçmalarına polislərdən də kiminsə yardımının olub-olmaması sual altındadır. Cinayətkarların psixologiyası gərgin vəziyyətdə olduğundan ola bilər ki, hazırda onlar hər hansı yeni cinayətlər də törətsinlər. Buna görə də ümid edək ki, ən qısa vaxtda məhbuslar tutularaq hüquq-mühafizə orqanlarına təhvil veriləcəklər. Bu halda iki vəziyyət mümkündür:

1) Əgər məhbuslar polislər tərəfindən tutularsa, təbii ki, işlərinə yenidən baxılar və daha ağır şəkildə cəzalandırılarlar.

2) Əgər özləri məhkəməyə təslim olub bağışlanmaq istəyərlərsə, cəzalarında müəyyən güzəşt ola bilər".

Nərmin Həsənli
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->