Xəbər lenti

İdman 15:25 17.04.2024

Məmmədyarovdan tələbəsinə ustad dərsi

Kanadada şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri keçirilib.
 
Qaynarionfo-nun məlumatına görə, Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da yarışda iştirak edib. O, blitsdə olduğu kimi rapid yarışında da qalib adını qazanıb.
 
Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?