Xəbər lenti

Dünya 19:51 26.07.2013

Müxalifət lideri xəstəxanaya yerləşdirildi

2009-cu ildə İranda keçirilmiş prezident seçkilərindən sonra həbsə alınaraq üç ilə yaxındır ev dustaqlığında saxlanılan ölkə müxalifətinin liderlərindən biri olan Mehdi Kərrubi növbəti dəfə xəstəxanaya qaldırılıb. 

APA-nın ailəyə yaxın olan “Səhamnews” xəbər saytına istinadən məlumatına görə, M. Kərrubi yenidən analizlər verib və gecə yarısınadək orada qalıb. 

Xəbərdə həmçinin bildirilir ki, M. Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) məxsus binada havasız və günəş işığından məhrum şəraitdə saxlanılır. Ona görə də bel ağrıları, tənəffüs çatışmazlığı, ağciyər və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?