Xəbər lenti

Dünya 17:48 16.07.2018

Trampla Putin arasında təkbətək görüş başa çatdı (YENİLƏNİB)

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu məlumatı "RİA Novosti” yayıb. 

Görüş 2 saat 10 dəqiqə davam edib.

Donald Tramp Vladimir Putinlə təkbətək görüşü "çox yaxşı başlanğıc” adlandırıb. Prezidentlər işgüzar nahar formatında danışıqları davam etdirib.
 
***15.34

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin hazırda Helsinkidə keçirilən sammitdə iştirak edir.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, sammit zamanı liderlər əl-ələ görüşüblər. Putin Trampla görüşə görə məmnun olduğunu bildirib. Tramp isə Putini Rusiyanı futbol üzrə Dünya Çempionatındakı uğurlu çıxışına görə təbrik edib. ABŞ rəhbəri həmçinin bildirib ki, dünya bizim yaxşı münasibətlərimizi görmək istəyir. 

Donald Tramp Çinlə ABŞ arasında davam edən iqtisadi müharibəyə də diqqət çəkəcəklərini vurğulayıb.
 
Media qarşısında çıxışdan sonra tərəflərin görüşü qapalı qapı arxasında, yalnız tərcüməçinin iştirakı ilə davam edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->