Xəbər lenti

Ölkə 17:42 10.06.2013

Qurban Məmmədovun apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya Q. Məmmədovun köməkçisi Ramin Allahverdiyev məlumat verib.

R. Allahverdiyev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Q. Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->