Xəbər lenti

İdman 11:30 13.04.2024

Səkkizillik macəranın sonu: "Daha bir avro belə istəmirəm"

Luis Alberto İtaliya A Seriyasında səkkiz il formasını geyindiyi "Latsio"dan ayrılmaq qərarına gəlib.

Qaynarinfo-nun məlumatına görə, təcrübəli futbolçu açıqlamasında klubdan getmək istədiyini deyib. O, "Salernitana" üzərində 4:1 hesablı qələbədən sonra DAZN-a açıqlamasında "Baş verənlərə görə mənim üçün son 2-3 həftə çətin keçdi. Yəqin ki, gələn il bu layihədə olmayacağam. "Latsio"dan daha bir avro belə istəmirəm və klubdan məni buraxmalarını xahiş etdim. Bu klub mənə çox şey verdi, amma kənara çəkilməyin və müqaviləmin pulunu başqalarına buraxmağın vaxtı gəlib" - sözlərini söyləyib. 

2016-cı ildə Roma klubuna transfer olunan Alberto bu günə kimi "qartallar"ın heyətində 301 oyun keçirib, 51 qola və 75 məhsuldar ötürməyə imza atıb. Bu müddət ərzində o, bir dəfə İtaliya kubokunu və iki dəfə Superkuboku qazanıb.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?