Xəbər lenti

Siyasət 21:46 04.06.2013

Sərdar Cəlaloğlu qardaşının həbsindən danışdı

"Aramız soyuq olsa da, həbsi siyasi fəaliyyəti ilə bağlı olsa, müdafiə edəcəm"

"Qurban Məmmədovun avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu. Amma sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub".

Bunu ANS PRESS-ə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş vəkil Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Qurban Məmmədov deyib.

Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib. "Son zamanlar Milli Şurada aktiv siyasi fəaliyyətlə məşğul olurdu. Müəyyən radikal çıxışqlar edirdi. Düzdü qardaşım olsa da, 5 ildi müəyyən səbəblərə görə aramız soyuqdu, əlaqələrimiz kəsilib. Amma həbsində siyasi motivlər olsa onu müdafiə edəcəm", - Sərdar Cəlaloğlu əlavə edib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?