Xəbər lenti

Sağlamlıq 13:26 04.10.2018

Süni şəkərlər bizi zəhərləyir

Süni şəkərlər bağırsaq mikrobiomuna zəhərli təsir göstərir.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası ən çox istifadə edilən 6 süni şəkər və idmançıların qidalarında yer verdiyi 10 əlavə maddənin zəhərləyici təsir göstərdiyini açıqlayıb. Tədqiqat İsrailin Neqev Ben-Qurion Universiteti tərəfindən siçanlar üzərində aparılıb. Nəticədə müəyyənləşib ki, aspartam, sukraloz, saxarin, neotam, advantam, akesulfam və potassium-k şəkərlərini qəbul edən zaman həzm sistemindəki mikroblarda dəyişiklik baş verə və zəhərləyici təsir göstərə bilər. 

Universitetin professoru Ariel Kuşmaro açıqlamasında bildirib ki, tədqiqat süni şəkərlərin qəbulunun insan orqanizmində ciddi problemlərə səbəb ola biləcəyini göstərir.

Qeyd edək ki, süni şəkərlər nəinki insan orqanizmi üçün zərərlidir, həmçinin ətraf-mühitin çirklənməsində də rol oynayır.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?