Xəbər lenti

Dünya 23:46 11.02.2018

Təyyarə qəzasında ölənlərin ailələrinə 17 min dollar təzminat veriləcək

Moskva vilayətinin rəhbərliyi qəzaya uğrayan təyyarədə həlak olanların ailələrinə təzminat ödəyəcək.

Qaynarinfo xəbər verir ki, vilayətin qubernatoru Andrey Vorobyev məlumat verib.

Qubernator bildirib ki, qəzada ölən hər şəxsin ailəsinə 1 milyon rubl (təxminən 17190 dollar) təzminat ödəniləcək.

Qeyd edək ki, bu gün baş verən təyyarə qəzasında 71 nəfər həlak olub. Onlardan 65-i sərnişin, 6-sı ekipaj üzvü olub. Ölənlərdən biri azərbaycanlı Namiq Qəhrəmanovdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->