Xəbər lenti

Dünya 13:23 15.07.2018

TSQ-nin Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Müdafiə Nazirliyinin tabeliyinə verilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb. 

Prezidentin müavinləri, təhsil naziri, xəzinə və maliyyə naziri də Ali Hərbi Şuranın birbaşa üzvü olacaq. Şura ölkə rəhbərinin müavinlərinin çağırışı ilə ildə bir dəfə toplanacaq. Ehtiyac olduğu təqdirdə prezident də iclas tələbi ilə çıxış edə biləcək.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?