Xəbər lenti

Foto 16:26 16.11.2019

Türkiyə 29 İŞİD üzvünü Azərcaycana deportasiya edəcək (FOTOLAR)

Hazırda Türkiyədə 948 İŞİD terrorçusu deportasiya edilməyi gözləyir.

Qaynarinfo xəbər verir ki, həmin şəxslərdən 296-sı İraq, 273-ü Suriya, 99-u Rusiya, 82-si Özbəkistan, 29-u Azərbaycan, 23-ü Qırğızıstan, 21-i Tacikistan, 13-ü Misir, 11-i Əfqanıstan, 10-u Tunis, 9-u Almaniya vətəndaşıdır. 

Bu günə qədər 4 Ukrayna, 3 Avstraliya, 3 Hollandiya, 2 Fransa, 1 ABŞ və 1 Avstriya vətəndaşı ölkədən kənarlaşdırılıb. 

Yunanıstan deportasiya edilən terrorçunu qəbul etmədiyi üçün həmin şəxs 5 gün sonra ABŞ-a yola salınıb. 

Məlumata görə, Almaniya ölkəyə təhvil verilən bütün İŞİD üzvləri barədə həbs qərarı çıxarmır. Terrorçu qruplaşmanın nəzarətindəki bölgələrə getmək cinayət işinin başlanması üçün kifayət hesab edilmir.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?