Xəbər lenti

Siyasət 09:13 08.08.2017

Türkmənistan prezidenti Bakıya gəlir

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 8 avqustda Azərbaycana iki günlük rəsmi səfərə gələcək.

Trend-in məlumatına görə, səfər çərçivəsində Türkmənistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüş keçirəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri üzrə fikir mübadiləsi aparılacaq.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->