Xəbər lenti

Dünya 14:40 20.05.2018

Venesuelada prezident seçkiləri keçirilir

Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 20,3 milyon seçicinin olduğu ölkədə 4 namizəd prezidentlik uğrunda mübarizə aparır. Bu şəxslər hazırkı prezident Nikolas Maduro, Enri Falkon, Reynaldo KixadaXavier Bertuççidir. Nikolas Maduronun favorit olduğu seçkilərin bu ilin dekabrın keçirilməsi gözlənilirdi. 

Qeyd edək ki, Venesuelada iqtisadi böhran hökm sürür. Ölkənin kasıb ərazilərində yaşayan uşaqların 70%-i aclıqdan əziyyət çəkir. Ötən il böhrana qarşı kütləvi etirazlar müşahidə edilmişdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->