Video 13:30 22.10.2020

1 milyon dolarlıq tarixi İncil ələ keçirildi (VİDEO)

Qaziantepdə Suriyanın Hələb şəhərində talan edilmiş bir muzeydən oğurlanan çox qədim sayılan ceyran dərisində yazılmış İbrani İncili ələ keçirilib.


Qaynarinfo xəbər verir ki, Qaziantep Təhlükəsizlik İdarəsi tərəfindən verilən açıqlamaya görə, Şehitkamil İlçə Təhlükəsizlik İdarəsinin qrupları Hələbdə yağmalanmış muzeydən oğurlanan İncilin Türkiyəyə gətirildiyini təsbit edib.


Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən müəyyən edilmiş ünvanda təşkil edilən əməliyyatda çox qədim hesab edilən İbrani dilində ceyran dərisinə yazılmış İncil ələ keçirilib.


Hadisə ilə əlaqədar 3 şübhəli nəzarətə alınıb.


Antik mütəxəssislər tərəfindən 1 milyon dollardan artıq qiymətləndirilən İncilin son dərəcə əvəzsiz olduğu bildirilir.

 

Alpər