Xəbər lenti

Maqazin 22:21 16.07.2025

"Harri Potter"in ulduzu sürücülük hüququndan məhrum edildi

Aktrisa Emma Uotson sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Emma Uotson Böyük Britaniyada idarə etdiyi "Audi S3" markalı avtomobillə sürət həddini aşdığına görə altı aylıq sürücülük qadağası alıb. Hadisə 2023-cü ilin 31 iyulunda, İngiltərənin Oksford şəhərində baş verib. Aktrisa 48 km/saatla məhdudlaşdırılmış ərazidə 60 km/saat sürətlə hərəkət edib.

Qadağa ilə yanaşı, o, 1044 funt-sterlinq məbləğində cərimə olunub və bu məbləği 28 gün ərzində ödəməsi tələb olunur. Qanun pozuntusu sürətə nəzarət kamerası tərəfindən qeydə alınıb. Aktrisaya ittiham məktub vasitəsilə göndərilib və o, özünü təqsirli bilib.

Məlumata görə, bu son iki il ərzində Uotsonun dördüncü yol hərəkəti qaydası pozuntusudur. 2024-cü ilin iyulunda sürət həddini aşdığına görə üç cərimə balı, bundan əvvəl isə 2024-cü ilin yanvarı, 2023-cü ilin oktyabrı və noyabrında baş verən qayda pozuntularına görə doqquz cərimə balı alıb.

Qeyd edək ki, Emma Uotson daha öncə "Financial Times" nəşrinə verdiyi müsahibədə niyə son beş ildə kinoya çəkilmədiyini izah etmişdi. Onun sözlərinə görə, özünü "bir qədər qəfəsdə” hiss edib və az iştirak etdiyi rollar barədə jurnalistlərin suallarına cavab verməkdə çətinlik çəkib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->