Rusiyanın Barnaul şəhərində 11 ildir axtarışda olan "vor zakon”un köməkçisi tutulub.
Bu barədə Daxili işlər Nazirliyinin Kemerovsk mərkəzi İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, 41 yaşlı kişinin sahibinə hələ 2008-ci ildə Kemerovsk rayon məhkəməsində hökm oxunub. "Qanuni oğru” ilə birlikdə daha 11 nəfər barəsində həbs qərarı verilib.
Cinayətkar dəstənin adı açıqlanmayan üzvü isə illərdir gizlənirmiş. Polis məhz hansı kriminal avtoritetdən söhbət getdiyini açıqlamasa da, onun 2011-ci ildə 16 il müddətinə mühakimə olunan "vor zakon” Salihcan Şamazov olduğu ehtimal olunur. Əgər məhkəmə həmin şəxsi günahkar bilərsə, o zaman onu 15 il iş gözləyir. ("Qafqazinfo”)
Şərhlər