Siyasət 11:50 22.11.2020

120-dən artıq diplomat Füzulidə

Ali Baş Komandanın, prezidentin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter"dəki səhifəsində yazıb.


Digər paylaşımında isə H.Hacıyev beynəlxalq ictimaiyyətin Ermənistanın işğalı dövründə Füzulidəki dağıntıların miqyasını qiymətləndirməli olduğunu vurğulayıb.