Dünya 15:52 26.03.2018

13 yaşlı Mariya: “Biz yanırıq, əlvida...” (FOTO)

Rusiyanın Kemerova şəhərində "Qış albalısı” ticarət mərkəzindəki yanğında itkin düşən yeniyetmələrdən ikisinin son paylaşımı yayılıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, skrinşotlar "Telegram”da yayılıb.  Fotolarda 13 yaşlı Mariya Moroz və 12 yaşlı Maya Yeroxinanın son sözləri yer alıb. Mariya ticarət mərkəzində yanğın olduğunu qeyd edib. Onun son sözü "Biz yanırıq. Bəlkə də əlvida”- olub.

Maya isə "Vkontakte” hesabında sonuncu dəfə 17:44-də aktiv olub və "Bu sondur”- sözlərini yazıb.

Qeyd edək ki, yanğın zamanı itkin düşənlərin adları açıqlanıb. Mariya və Mayanın adı da həmin siyahıda yer alıb.