Almaniyada yaşayan bloger Abdel Hamid ehtiyac içində olan fələstinlilərə yardım adı altında topladığı vəsaiti şəxsi lüks həyatına sərf etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo xəbətr verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
İstintaqın məlumatına görə, Hamid 2021-ci ildən 2024-cü ilin oktyabr ayına qədər 37 onlayn kampaniya təşkil edib və iddia edib ki, ianələr Qəzza zolağında və digər münaqişə bölgələrində yaşayan fələstinlilərə yardım üçün toplanır. Lakin məlum olub ki, toplanan pulların yalnız cüzi hissəsi həqiqətən xeyriyyə məqsədilə istifadə olunub. Əsas hissə isə blogerin şəxsi ehtiyaclarına – bahalı avtomobillərə, dizayner geyimlərinə, limuzinlərə və "Rolex" markalı dəbdəbəli saatlara xərclənib.
Düsseldorf Əyalət Məhkəməsində keçirilən proses zamanı Abdel Hamid dələduzluq ittihamını etiraf edib. İstintaq müəyyən edib ki, o, ümumilikdə 497 min avronu öz bank hesabına keçirib və bu vəsaiti şəxsi xərclərinə yönəldib.
Bundan başqa, Hamidin eyni zamanda dövlətin məşğulluq mərkəzindən sosial yardım aldığı məlum olub. Bu səbəbdən dövlət ödənişləri ilə bağlı da ayrıca bir fırıldaqçılıq istintaqı aparılır.
Şimali Reyn-Vestfaliya bölgəsinin polis rəisi məsələ ilə bağlı bildirib: "Bu hadisə bir daha göstərir ki, internetdə aparılan xeyriyyə kampaniyalarının diqqətlə yoxlanması son dərəcə vacibdir. İnsanlar etibar edir, lakin dələduzlar bu etimaddan sui-istifadə edirlər".
Aydın
Şərhlər