İdman 14:45 26.07.2021

13 yaşlı yapon idmançı Tokio-2020-nin tarixinə düşdü

Tokio-2020-də keçirilən küçə skeytbordunun yaponiyalı qalibi 13 yaşlı Nişiya Momiji tarixə düşüb.

Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, Momiji 15.26 xalla bu idman növü üzrə qızıl medal qazanan ilk qadın idmançı olub. O həm də bu növ üzrə qızıl medal qazanan ən gənc idmançı ünvanına sahib çıxıb. 13 yaşlı skeytbord sürücüsünə podiuma qalxmaq üçün son 3 cəhdi (4.15, 4.66 və 3.43)  kifayət edib. 

Nişiya 2021-ci ildə Romada keçirilkən dünya çempionatında gümüş medala sahib olmuşdu. 

Tokio-2020-də bu yarış növü üzrə ikinci pilləni 13 yaşlı Raysa Lel (14.49 xal), 3-cü yeri isə 16 yaşlı digər yapon idmançı Nakayama (14.64 xal) qazanıb. Kişi idmançıların yarışında isə yaponiyalı Yuto Horiqome 37.18 xalla birinci olub. 

Skeytboard yarışları ilk dəfə Tokio-2020 Olimpiadasının proqramına daxil edilib.

Səbuhi Həsənov