Yeni müsabiqə başlayır.
“Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib. Seçimlər noyabrın 1-20 arasında keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı layihənin baş prodüseri, tanınmış təşkilatçı Aqil Məmiyev verib: “Kastinq noyabr ayının sonuncu günü baş tutacaq. Finala vəsiqə qazanan 24 nəfər iştirakçı “Miss Globe Azerbaijan” adı uğrunda mübarizə aparacaq”.
Dünyaca məşhur müsabiqənin 90-cı finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intellektinə əmin olan 16-26 yaş arası subay qızlar qatıla bilərlər. Noyabrın 25-də nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational” müsabiqəsinin Azərbaycan təmsilçisi müəyyən olunacaq.
Qeyd edək ki, “Miss Globe Azerbaijan” gözəllik yarışması “Z Company 2007” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Layihənin idarə heyəti:
“Miss Globe İnternational”ın sahibi - Rasim Aydın
“Miss Globe Azerbaijan”ın direktoru - Zamiq Yunisov
İcraçı direktor - Pərviz Əzimzadə
Baş prodüser - Aqil Məmiyev
Xatırladırıq ki, 89-cu “Miss Globe İnternational” müsabiqəsinin finalı sentyabrın 14-də “Baku Crystal Hall”da baş tutub. Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloder seçilib. Yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edib.
Qaynar.info
Şərhlər