Türkiyənin Ankara-Trabzon şəhərləri arasında səfər həyata keçirən Pegasus Havayolu şirkətinə aid "Boeing 737-800" təyyarəsi dünən saat 23:30 radələrində Trabzon Havalimanına eniş gerçəkləşdirib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə güclü yağış səbəbilə islanan eniş zolağında manevr edərkən qeyri-müəyyən səbəbdən zolaqdan çıxıb və kənarda yerləşən yamacdakı palçıq yığınına girib. Dənizə düşmədən yamacda ilişib qalan təyyarədəki 162 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya edilib. Ölən və ya yaralanan olmayıb.
Hadisədən sonra eniş zolağı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Təyyarənin partlama ehtimalına görə, hadisə yerində soyutma işləri həyata keçirilir. Həmçinin qəza ilə bağlı tədqiqat da aparılır.
Gülşən
Şərhlər