Türkiyənin Təkirdağ şəhərinin polisi keçirdiyi əməliyyatda 1700 illik ceyran dərisinin üstündə yazılmış "İncil" olduğu bildirilən tarixi əsər ələ keçirib.
Təkirdağ Jandarm Komandanlığından verilən yazılı açıqlamada Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində G.D adlı şəxsin satmağa çalışdığı, Suriya mənşəli ceyran dərisinin üstünə aramicə yazılmış 17 vərəqlik tarixi əsərin ələ keçirildiyi bildirilib.
Şübhəlinin ifadəsinin alınaraq buraxıldığı, ələ keçirilən tarixi əsərin Təkirdağ Muzey rəhbərliyinə təhvil verildiyi qeyd edilib.
Qaynar.info
Şərhlər