Dünya 15:26 19.08.2019

1700 məhkum əfv edildi

İranda 1700 məhkum əfv edilib.

Qaynarinfo xəbər verir ki, ölkənin dini lideri Ayətulla Əli Xameney bu barədə qərarı imzalayıb. 

Əfv sərəncamı Qurban və Qədir-Xum bayramı münasibətilə verilib. 

Qərar mülki və hərbi məhkəmədə cəza alan 1700 nəfərə şamil edilib. 

Gülşən