Xəbər lenti

Ərdoğan Putinlə Suriyanı müzakirə etdi
Siyasət20:21 18.07.2025

Ərdoğan Putinlə Suriyanı müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
APA-nın  verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələri, Suriya və Ukraynanı müzakirə edib.
Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı Suriya təhlükəsizlik qüvvələrinin Suveydadan çıxarılmasından sonra baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını və İsrailin Suriyanın suverenliyini pozmamasının çox vacib olduğunu bildirib.
Bundan əlavə, o, Türkiyənin Suriyada sabitliyi və təhlükəsizliyi təmin etməyi və ölkənin mümkün qədər tez zamanda ayağa qalxmasında kömək etməyi hədəflədiyini də vurğulayıb.