Xəbər lenti

Sənət 23:52 18.07.2025

"Netflix" ilk dəfə serialda vizual effektlər üçün süni intellektdən istifadə etdi (VİDEO)

Ən böyük striminq platforması "Netflix" vizual effektlərin yaradılmasında generativ süni intellektdən ilk dəfə istifadə etdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin həmtəsisçi direktoru Ted Sarandos "The Guardian"a məlumat verib.

Süni intellekt "Netflix"in elmi-fantastik serialı "Eternavt"da tətbiq olunub. O, Buenos-Ayresdə binanın uçması səhnəsinin yaradılmasına kömək edib və bu prosesi ənənəvi üsullarla müqayisədə on dəfələrlə sürətləndirib. Rejissorun sözlərinə görə, belə bir səhnənin çəkilməsi serialın büdcəsi ilə real olmazdı.

Bu texnologiya yalnız vaxtı deyil, həm də mürəkkəb səhnələrin istehsal xərclərini ciddi şəkildə azaltmağa imkan verib. Sarandos etiraf edib: "Belə səhnənin dəyəri bu səviyyədəki bir layihə üçün əlçatmaz olardı".

"Eternavt" serialı 30 aprel tarixində yayımlanıb və Buenos-Ayresdə milyonlarla insanın həyatına son qoyan qəribə bir qar yağışı haqqında danışır. Tezliklə məlum olur ki, bu qar yadplanetli hücumun bir hissəsidir. Serial artıq ikinci mövsüm üçün təsdiqlənib.


Əyləncə sənayesində generativ süni intellektin istifadəsi, xüsusilə vizual effekt sahəsində iş yerlərinin ixtisarı ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

Xatırladaq ki, 2023-cü ildə Hollivud aktyorları və ssenaristlərinin keçirdiyi ikiqat tətilin əsas səbəblərindən biri də məhz süni intellekt idi. Nəticədə əldə edilən razılaşmalar texnologiyanın əməkdaşların əvəzinə deyil, onların nəzarəti altında istifadəsini təmin etməli idi.

Hazırda internetdə canlı çəkilişlə ayırd edilməsi çətin olan video süni intellekt generatorları sürətlə populyarlaşır. Onlardan biri olan "Veo 3" (Google tərəfindən hazırlanıb) artıq hamı üçün pulsuz şəkildə əlçatandır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->