BMT Humanitar Məsələlər Üzrə Koordinasiya Ofisi iyun ayından bəri 2,3 milyon vətəndaşın Venesuelanı tərk etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 32 milyon 800 min əhalisi olan Venesuelada iyun ayından bəri 2,3 milyon nəfər tərk edərək Kolumbiya, Ekvador, Peru, Braziliya kimi ölkələrə köçüb. İnsanlar aclıq, səhiyyədəki ciddi problemlərə görə ölkəni tərk edir.
Qeyd edək ki, ölkə iqtisadi böhrandan əziyyət çəkir və yoxsulluq səviyyəsi yüksəkdir.
Gülşən
Şərhlər