"PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavinləri Cəfər İbrahimli və Nəriman Yaqubov vəzifələrini tərk ediblər.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, C.İbrahimli əmək fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktor müavini, Nəriman Yaqubov isə "BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru kimi davam etdirir.
"PSG Kapital”a isə yeni direktor müavini təyin olunub. Bu, indiyə qədər "Gilan Holdinq” MMC-nin törəmə strukturu - "United Enterprices Azerbaijan” MMC-nin büdcə şöbəsinin müdiri olan Fəxri Səttarovdur.
Şərhlər