2 min illik şəhər su altında qala bilər

2 min illik şəhər su altında qala bilər

Misirin İsgəndəriyyə şəhəri su altında qala bilər.

Qaynarinfo xəbər verir ki, 2 min əvvəl Makedoniyalı İsgəndər tərəfindən əsası qoyulan şəhər üç tərəfdən Aralıq dənizi ilə əhatələnib. Dəniz səviyyəsi hər il yüksəldiyinə görə misirli rəsmilər 5 milyon əhalisi olan şəhəri sel basqınlarından qorumaq üçün beton sədlər inşa edir.

BMT-nin məlumatına görə, dəniz səviyyəsi 2100-cü ildə 0,98 m yüksələcək. Bu, dəniz sahilində yerləşən şəhərlər üçün böyük təhlükədir. 

Qeyd edək ki, İsgəndəriyyədə 2015-ci ildə baş verən sel 6 nəfərin ölümünə səbəb olmuşdu.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR