Almaniyanın Şimali Ren Vestfaliya əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Meerbusch-Osterath" stansiyası yaxınlığında baş verən qəzada azı 41 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır. Qatarda ümumi 155 nəfər sərnişinin olduğu bildirilir.
Qəzadan sonra hadisə yerinə 3 təcili tibbi yardım helikopteri, çox sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və polis cəlb edilib.
Gülşən
Şərhlər