İqtisadçı Samir Əliyev Azərbaycanın avtomobil parkı ilə bağlı araşdırma aparıb.
Qaynarinfo xəbər verir ki, ekspert ölkəyə daxil olan neft pullarının Azərbaycanda Rusiya istehsalı olan avtomobillərinin sayının azalmasına səbəb olduğunu deyib:
"2000-ci ildə ölkəyə neft pulları gəlməmişdən öncə hər 10 avtomobilin 9-u Rusiya istehsalı idi. Sonra isə neft pulları axışdı və istehsalçı ölkələrlə markalar əhəmiyyətli dərəcədə dəyişdi. Artıq 2019-cu ildə hər 5 maşından cəmisi 2-si Rusiyanın payına düşürdü. Əvəzində Almaniya bu müddətdə öz payını 2,7%-dən 25,3%-ə qaldırdı. Yəni əvvəl hər 50 maşından 1-i alman markası idisə, indi hər 4-cü maşın Almaniya istehsalıdır. Bir sözlə, 20 il ərzində avtomobillərin sayı 4 dəfəyədək artıb".
Orxan Əhmədli
Şərhlər