Xəbər lenti

Xalq artisti xəstəxanaya yerləşdirildi
Sənət 12:03 08.08.2014

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti, “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

R. Babayev APA-ya bildirib ki, avqustun 7-də səhhətinə ciddi problem yaranıb: “Konkret olaraq diaqnoz mikroinsultdur. Müalicə alıram. Xəstəxananın reanimasiya şöbəsində mənə ayrıca palata ayırıblar, həkim nəzarətindəyəm”. 

R. Babayev əlavə edib ki, xəstəxana şəraitində müalicəsi avqustun ortasına kimi davam edəcək: “Xəstəxanada yatmaq istəmirdim, amma həkimlər dedilər ki, evdə müalicə hələlik tezdir, bir müddətdən sonra evə buraxacaqlar”. 

Qeyd edək ki, R. Babayev 2009-cu ildə infarkt keçirib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->