Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb. Belə ki, ötən gün 1 ABŞ dolları 1,0494 AZN-ə bərabər idi. Bu gün isə bu rəqəm 1.0496 manat olub.
Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1493-dən 1,1470 manata kimi azalıb.
Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0,0201-dən 0.0196-ya enib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info
Şərhlər