Xəbər lenti

Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Ekonomiks 10:08 12.05.2015

Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0482-dən 1.0484 AZN-ə qədər artıb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası isə 1.1742-dən 1.1697-yə qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0207-dən 0.0206 manata qədər azalıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->