Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıbMüdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.
T. Əhədli 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.
Qaynar.info
Şərhlər