Gənclərə martın 2-də səhər hərbi komissarlıqlara gəlmək tapşırılıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (UMTMŞ) bütün ölkə ərazisində səfərbərliyə başlamaq haqqında əmr verib.
Oxu.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə martın 2-nə keçən gecə “Batkivşina” partiyasının nümayəndəsi, “Yevromaydanın” komendantı, UMTMŞ-in katibi vəzifəsini tutan Andrey Parubiy Facebook-dakı səhifəsində yazıb.
Parubiy hərbi mükəlləfiyyətli bütün şəxslərə martın 2-də səhər saatlarında hərbi komissarlıqlara gəlmək barədə bildiriş göndərildiyini vurğulayıb.
Qaynar.info
Şərhlər