Xəbər lenti

2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər (SİYAHI)
Ölkə 17:21 10.12.2018

2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər (SİYAHI)

2018-ci ili yola salmağımıza sayılı günlər qalır. Bu il kimlər üçünsə müsbət, kimlər üçünsə mənfi məqamlarla yadda qaldı. 

Yola saldığımız ildə yüksək dövlət vəzifələrinə yeni təyinatlar oldu. Bir çox nazir və dövlət qurumlarının rəhbərləri vəzifələrindən azad edildi, onların yerinə yeniləri təyin edildi. Eyni zamanda jurnalistlər arasında da vəzifəyə təyin olunanlar az olmadı.

Qaynarinfo xəbər verir ki, azxeber.com 2018-ci ildə vəzifəyə təyinat alan jurnalistlərlə bağlı araşdırma aparıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu ilin noyabr ayında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. Bundan iki ay öncə həmin şöbənin müdir müavini təyin edilən H.Hacıyev bu vəzifədə Baş nazir Novruz Məmmədovu əvəz edib. 
 


Hikmət Hacıyev 2000-ci ildən diplomatik fəaliyyətdədir. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

"ASAN xidmət”in mətbuat katibi Anar Hüseynov bu ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Murtuzəli Hacıyevi əvəz edib.
 


A.Hüseynov jurnalist kimi fəaliyyətə İctimai Televiziyada xəbər aparıcısı olaraq başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. 

Teleaparıcı Pərviz Abubəkirov bu ilin iyul ayında Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Liya Bayramovanı əvəz edib.



P. Abubəkirov jurnalist kimi fəaliyyətə ANS TV-də başlayıb. Bu telekanalda "Cinayət işi”, İTV-də isə "Qanundan kənar” verilişlərinin aparıcısı olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıbov bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Elman Babayevi əvəz edib.
 


F.Talıbov Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirsə də, əmək fəaliyyətinə piar işinin təşkili sahəsindən başlayıb və müxtəlif qurumlarla media arasında münasibətlərə məsul şəxs olub.

"Bakubus” şirkətinin mətbuat katibi Mənsur Piriyev bu ilin may ayında Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Aynur Kərimovanı əvəz edib.
 


M.Piriyev Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirsə də, əmək fəaliyyətinə piar işinin təşkili sahəsində başlayıb və müxtəlif qurumlarla media arasında münasibətlərə məsul şəxs olub.

Müstəqil jurnalist Nuridə Allahyarova bu ilin iyun ayında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. 
 


Buna qədər Bakı Nəqliyyat Agentliyində, "BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.

Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Yaşar İsakov bu ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib. 
 


Ondan öncə isə İsakov "Press24.az” portalının, "Birja plyus”, "Yejenedelnik” qəzetlərinin, "Bona Mente” jurnalının, "News24.az” saytının baş redaktoru, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi olub.

Teleaparıcı Elnur Niftəliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.
 


O, bundan öncə Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri olub. Lider TV-de müəllif verilişləri aparıb, bu televiziyada müxtəlif layihələrə rəhbərlik edib.

Teleaparıcı Elnur Kələntərov bu ilin oktyabr ayında Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. 
 


Bundan öncə "Space” telekanalının İdman proqramları departamentində idman proqramlarının aparıcısı və idman jurnalisti vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.

Teleaparıcı Vəsilə Vahidqızı bu ilin may ayında Diasporla İş üzrə Dövlət Komitəsin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. 
 

 
Buna qədər "AZTV”, "Space”, "İTV” telekanallarında çalışan V.Vahidqızının son iş yeri İctimai Televiziya olub. Burada müxtəlif verilişlərə aparıcılıq edib. Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Teleaparıcı Günay Yelmarqızı 1ay öncə Dənizkənarı Bulvar İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. 
 


G.Yelmarqızı uzun müddət televiziya və radio sahəsində çalışıb. 6 gün öncə isə eyni zamanda paralel olaraq "ARB 24” telekanalında xəbər aparıcısı təyin olunub.

Jurnalist Pərvin Məmmədova 4 gün öncə Bakı Beynəlxalq Avtovağzalına mətbuat katibi təyin olunub. O, bu vəzifədə Yaşar İsakovu əvəz edib.
 


Buna qədər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində, "ATV” və "Muz TV” kanallarında çalışıb. Bakı Slavyan Universitetini bitirib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->