Bu gün Cənubi Kipr Respublikasında prezidenti seçkilərinin 2-ci turu keçirilir.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilk turu yanvarın 28-də keçirilən seçkilərdə heç bir namizəd minimum 50% səsi toplaya bilməmişdi. Bu gün ötən səsvermədə ən çox səs toplamış iki namizəd - hazırkı prezident Nikos Anastasiadis və Stavros Malas mübarizə aparır. Mühafizəkarların nümayəndəsi olan Anastasiadis 28 yanvarda 35,5%, sol yönümlü Malas isə 30,25% səs toplaya bilmişdi.
Səsvermə saat 18:00-da başa çatacaq.
Gülşən
Şərhlər