Azərbaycanda fiziki qüsurlu insanların sayı açıqlanıb.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min fiziki qüsurlu şəxs var.
O bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyini bildirib: "Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.
Şərhlər