Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
G.Məmmədova bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək:
"Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Ayın 18 və 19-da hava şəraiti sabitləşəcək və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləklərində üstünlük müşahidə olunacaq”.
Gülşad Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Şərhlər