Xəbər lenti

Prezident yeni dövlət qurumu yaratdı
Ekonomiks 18:09 19.03.2019

Prezident yeni dövlət qurumu yaratdı

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb.

Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 ştat vahidi müəyyən edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->