İranda müşahidə edilən fırtına, ildırım və güclü yağış 24 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə İran Fövqəladə Vəziyyət Mərkəzinin sözçüsü Müctəba Xalidi məlumat verib. Ölənlərdən 20-si ildırım, 4-ü isə sel nəticəsində həlak olub. Təbii fəlakət 55 nəfərin xəsarət almasına səbəb olub.
Təbiət hadisəsindən zərərçəkən 83 ərazi və 2050 nəfərə humanitar yardım çatdırılıb.
Gülşən
Şərhlər