Dünya 18:22 09.09.2019

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Con Uesli 72 yaşında vəfat edib.

Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, aktyorun ölümünə qan xərçəngi səbəb olub. 

Aktyor "Fresh Prince of Bel Air" və "Frasier" sitkomlarında iştirakı ilə məşhur idi. C.Uesli 1986-cı ildə Çak Norrislə birgə "Missing in Action 2", 1992-ci ildə isə Silvester Stallone ilə "Stop! Or My Mom Will Shoot" filmində iştirak edib. O, rejissor Tim Burtonun "Big Fish" adlı ekran əsərində də yer alıb. 

Gülşən